XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır
İdman 10:57 / 29.04.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. 
Olimpiyadunyasi.com xəbər verir ki, mərhələnin ilk oyunu İngiltərə təmsilçisi "Arsenal” və Fransanın PSJ  komandaları arasında olacaq. Londondakı "Emirates" stadionunda keçiriləcək və gərgin mübarizə vəd edən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Topçular"ın heyətində zədə səbəbindən Jorjinyo, Uayt, Rikkardo Kalafiori, Qabriel Maqalyaeş, Qabriel Xesus, Kay Haverts, Takehiro Tomiyasu və Tomas Partey bu görüşdə meydana çıxa bilməyəcək. 
Qeyd edək ki, mərhələnin digər oyunu sabah "Barselona" və "İnter" komandaları arasında olacaq. 

3076 oxunub

InvestAZ