XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Bakıda “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib
İdman 18:20 / 28.04.2025
Bakıda Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə "Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Xalça Muzeyinin direktoru Əminə Məlikova tədbirin muzeydə ilk dəfə keçirilməsini əlamətdar hadisə adlandırıb. 
AŞF prezidenti Mahir Məmmədov uğurlu təşkilatçılığa görə təşəkkür edib. 
FIDE prezidenti Arkadi Dvorkoviç isə iştirakçılara uğurlar arzulayıb. AŞF tərəfindən FIDE və Türkiyə Şahmat Federasiyası prezidentlərinə xatirə hədiyyələri təqdim olunub. Turnir aprelin 30-da başa çatacaq. Qarşılaşmalarda Rauf Məmmədov Rüstəm Kasımcanov, Günay Məmmədzadə isə Antoaneta Stefanova ilə qarşılaşacaq.


3063 oxunub

InvestAZ