XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Stolüstü tennisçimiz Sarayevoda bürünc medal qazandı
İdman 23:21 / 25.04.2025

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "WTT Youth Contender” turnirinin mükafatçısı olub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalını qazanıb.



4222 oxunub

InvestAZ