XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025



“Prezident Kuboku-2025”in bağlanış mərasimində tamaşaçıları sürprizlər dolu axşam gözləyir
İdman 16:58 / 25.04.2025
Mayın 2-də "Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevirdə "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq  bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim olunacaq. Mükafatlandırma mərasimi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edəcək. Müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. "Prezident Kuboku-2025” beynəlxalq reqatasına möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq. 

3414 oxunub

InvestAZ