XƏBƏR LENTİ
11 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



“Prezident Kuboku-2025” beynəlxalq reqatasına tarixi torpağımız Suqovuşanda start veriləcək
İdman 12:33 / 25.04.2025

Aprelin 30-da tarixi torpağımız Suqovuşanda ümummilli ider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025” beynəlxalq reqatasına start veriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, saat 11:00-dan etibarən Avropa, Asiya və Afrikanı təmsil edən 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları tamaşaçılara maraqlı anlar yaşadacaq.

Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.


11360 oxunub

InvestAZ