XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Avropa çempionatı: Cüdoçumuz bürünc medal qazana bilər
İdman 16:41 / 23.04.2025
Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazana bilər. 
"Olimpiyadunyasi.com" xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizəyə başlayan cüdoçumuz 1/16 final mərhələsində israilli İzhak Aşpizə qalib gəlib. Növbəti mərhələdə Aleksanrdu Mateni məğlub edən  idmançımız 1/4 finalda fransalı Luka Mxiedzeyə məğlub olub. İdmançımız təsəlliverici görüşdə komanda yoldaşı Turan Bayramova qalib gələrək üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. O, həlledici qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa ilə qarşılaşacaq.
Avropa çempionatının final bloku saat 18:00-da başlayacaq. 
Qeyd edək ki, qitə çempionatının ilk yarış günündə mübarizəyə başlayan digər cüdoçularımızdan Turan Bayramov (-60 kq), Ruslan Paşayev (-66 kq), Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) ilk mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar. 
Xatırladaq ki, Azərbaycan komandası Avropa çempionatında 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.

15046 oxunub

InvestAZ