XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



"Messiyə 2022-ci ildə Dünya Kubokunu qəsdən qazandırdılar"
İdman 18:17 / 22.04.2025

"Mançester Yunayted"in keçmiş futbolçusu Patris Evra hesab edir ki, argentinalı hücumçu Lionel Messinin DÇ-2022-də çempion olması şübhəli olaraq qalır. "Hamı bilir ki, Messiyə 2022-ci ildə Dünya Kubokunu qəsdən qazandırdılar. Hər şey əvvəlcədən planlaşmışdı. Hətta fransızlar da Messinin qələbəsini görmək istəyirdilər", - deyə "Patrice Sport" Evranın sözlərindən sitat gətirib. Xatırladaq ki, DÇ-2022-nin final oyununda Argentina yığması Fransa ilə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb və penaltilər seriyasında argentinalı futbolçular daha dəqiq olublar.


14313 oxunub

InvestAZ