XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



“Azərreyl” və “Abşeron” arasında final həyəcanı başlayır
İdman 10:07 / 21.04.2025

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinə start veriləcək. Həlledici qarşılaşmada "Azərreyl” və "Abşeron” komandaları üz-üzə gələcək. İlk final oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 15:00-da başlayacaq. 

Çempionun adına isə aprelin 24-də keçiriləcək cavab görüşündən sonra aydınlıq gələcək. Final mərhələsi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər komandalar hərəyə bir qələbə qazanarsa və xallar da bərabər olarsa, o zaman qalibi "qızıl set” müəyyən edəcək.

Qeyd edək ki, hər iki kollektiv mövsüm ərzində stabil çıxışı ilə seçilib və azarkeşlər final oyunlarında gərgin idman mübarizəsi gözləyirlər.


3792 oxunub

InvestAZ