XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Azərbaycan stolüstü tennisçiləri Sarayevoda beynəlxalq turnirdə qüvvəsini sınayacaq
İdman 12:36 / 21.04.2025

Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək beynəlxalq turnirdə – "WTT Youth Contender" yarışında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda milli komandanın altı üzvü ölkəmizi təmsil edəcək. Gənc idmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında nüfuzlu turnirdə bacarıqlarını nümayiş etdirəcəklər.

Komandanın heyətində Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli yer alıb. Gənc tennisçilər aprel ayının 22-də start götürəcək yarışda qələbə uğrunda mübarizə aparacaqlar. Turnirə aprelin 25-də yekun vurulacaq.

Qeyd edək ki, "WTT Youth Contender" seriyalı yarışlar gənc stolüstü tennisçilər üçün beynəlxalq arenada təcrübə qazanmaq baxımından mühüm əhəmiyyət daşıyır.


1393 oxunub

InvestAZ