XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



“Badamlı Kuboku” uğurla başa çatdı
İdman 11:34 / 20.04.2025

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və ənənəvi karate üslubu Şito-Ryu üzrə fəaliyyət göstərən "Badamlı Karate Klubu”nun təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən "Badamlı Kuboku” uğurla başa çatıb.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 15 rayondan, 40-a yaxın klub, 500-ə yaxın idmançı və 25 hakim iştirak edib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunub. Ardınca ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev açılış mərasimində çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən, Cənab Prezident İlham Əliyevin idmana, xüsusilə də karateyə göstərdiyi diqqət və dəstəkdən danışıb. O, eyni zamanda federasiya prezidenti Ülvi Quliyevin salamlarını idmançılara çatdıraraq, onlara yarışlarda uğurlar arzulayıb.

Daha sonra "Badamlı Karate Klubu”nun rəhbəri Tuncay Hüseynov çıxış edərək, Azərbaycan Karate Federasiyasına göstərilən diqqət və dəstəyə görə öz minnətdarlığını bildirib və turnirin təşkilati tərəfləri haqqında məlumat verib.

Yarışın bədii hissəsində karateçilərin nümunəvi çıxışları nümayiş etdirilib. Ardınca müxtəlif yaş və çəki kateqoriyaları üzrə mükafatlandırma mərasimi keçirilib və döyüşlərə start verilib. Turnir idmançılar arasında sağlam rəqabət ruhunda və yüksək təşkilati səviyyədə başa çatıb.


3265 oxunub

InvestAZ