XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Rusiyalı hokkeyçi NHL-də daha bir əlamətdar uğura uğura imza atdı
İdman 15:19 / 18.04.2025

"Vaşinqton" klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) daha bir əlamətdar nailiyyətə imza atıb. Təcrübəli hokkeyçi "Pittsburq”la qarşılaşmada mövsümdəki 44-cü qolunu vuraraq 1968/1969 mövsümündə Qordi Houya məxsus olan rekordu təkrarlayıb.

Qarşılaşma "Pinqivinlər"in 5:2 hesablı qələbəsi ilə başa çatıb. 39 yaşlı Oveçkin NHL tarixində müntəzəm mövsümlərdə ən çox qol vuran oyunçudur.

Xatırladaq ki, o, daha əvvəl Milli Hokkey Liqasının mövsümi çempionatlarında vurulan şaybaların sayına görə kanadalı hücumçu Ueyn Qretskini geridə qoyaraq rekord qırmışdı.



1099 oxunub

InvestAZ