XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Cüdo üzrə Avropa və dünya mükafatçısı Goranboyda ustad dərsi keçib
İdman 22:52 / 18.04.2025

Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda təşkil etdiyi peşəkar inkişaf proqramı çərçivəsində ustad dərsi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa çempionu və dünya çempionatının mükafatçısı Orxan Səfərovun iştirakı ilə baş tutan dərsdə müxtəlif cüdo fəndlərinin icrası ətraf regionlardan olan uşaq və yeniyetmələrə praktiki şəkildə nümayiş etdirilib.

Orxan Səfərov tədbir iştirakçılarına cüdoçuların əməl etməli olduqları əsas qaydalar barədə geniş məlumat verib, həmçinin şəxsi təcrübəsini bölüşərək, peşəkar inkişaf üçün vacib tövsiyələrini çatdırıb.

Tədbirin əsas məqsədi gənc cüdoçuların texniki bilik və bacarıqlarının artırılmasına, onların motivasiyası və gələcək inkişaf perspektivlərinin gücləndirilməsinə dəstək verməkdir.


1154 oxunub

InvestAZ