XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı yekunlaşdı
İdman 21:15 / 20.04.2025

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının iştirak etdiyi çempionatda bütün rəqiblərini üstələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Kuvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüb. Zaur Mikayılovla Mahir Cəbiyev cütlüyü isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.


4252 oxunub

InvestAZ