XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



“Gəncə” seriyanı bərabərləşdirdi - yarımfinalçının taleyini üçüncü oyun həll edəcək
İdman 16:34 / 20.04.2025

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində mübarizə davam edir.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seriyanın ikinci qarşılaşmasında "Gəncə” doğma azarkeşlər önündə "Şəki”ni qəbul edib.

Gəncə İdman Sarayında təşkil olunan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Rəqibinə 94:71 hesabı ilə qalib gələn bölgə təmsilçisi seriyadakı ümumi hesabı bərabərləşdirib -1:1.

Xatırladaq ki, seriyanın ilk oyununda "Şəki” komandası öz meydanında minimal fərqlə -85:84 hesabı ilə qələbə qazanmışdı. Beləliklə, seriyanın taleyi həlledici - üçüncü görüşdə həll olunacaq. Bu qarşılaşmanın qalibi yarımfinal mərhələsində "Sabah”- "Sərhədçi” cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.


3564 oxunub

InvestAZ