XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası üç ulduza yüksəlib
İdman 15:43 / 17.04.2025

Boks üzrə Azərbaycan hakimləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçiblər. 
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası iki ulduzdan üç ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan "Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərdə iştirak edən həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə üç ulduzlu hakimlərin sayı altıya yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.


13340 oxunub

InvestAZ