XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



8 boksçumuz Böyük İpək Yolu turnirində yarımfinala yüksəlib
İdman 12:33 / 14.04.2025

Bakıda keçirilən Böyük İpək Yolu beynəlxalq boks turnirində Azərbaycan yığmasının uğurlu çıxışı davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günündə ölkəmizi təmsil edən 8 boksçu yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Boks Mərkəzində təşkil olunan yarışın üçüncü günündə ümumilikdə 35 döyüş keçirilib. Bu görüşlərin nəticəsinə əsasən, yarımfinal mərhələsinə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.

Azərbaycanlı idmançılardan Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə və Tağı Nəsibov (60 kq), Seyidcəmşid Cəfərov və Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (92 kq), eləcə də digər çəkilərdə çıxış edən nümayəndələrimiz 1/4 finalda rəqiblərinə qalib gələrək yarımfinal mərhələsinə adlayıblar. Qaliblər aprelin 15-də keçiriləcək final qarşılaşmalarında müəyyən olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Tacikistan, Qırğızıstan, Monteneqro və digər ölkələrin milli komandaları təmsil olunur.

Qeyd edək ki, Böyük İpək Yolu beynəlxalq turniri boks üzrə aparıcı ölkələrin iştirak etdiyi ənənəvi yarışlar sırasına daxildir və gənc istedadların üzə çıxarılmasında mühüm rol oynayır.


10680 oxunub

InvestAZ