XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Astarada ilk dəfə güləş üzrə ölkə birinciliyi keçiriləcək
İdman 14:18 / 27.03.2025

Aprelin 15-dən 19-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17, həmçinin qadın güləşi üzrə U-15 və U-17 yaş qrupları arasında Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu yarışlar ilk dəfə Astara Olimpiya İdman Kompleksində təşkil ediləcək. Turniri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların sırasında Türkiyə, İran və Gürcüstandan dəvət olunmuş hakimlər də yer alacaq.

Yarışın ilk iki günündə sərbəst güləş, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə U-17 yaş qrupunda qaliblər müəyyənləşəcək. Sonuncu yarış günündə isə qadın güləşi üzrə U-15 və U-17 yaş qruplarında çempionlar bəlli olacaq. Milli komandaya seçim xarakteri daşıyan turnirin görüşləri hər gün saat 10:00-da start götürəcək.


13275 oxunub

InvestAZ