XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Klassiklərimiz Avropa çempionatına hazırlaşırlar
İdman 12:50 / 24.03.2025

Azərbaycanyunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.

Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışını davam etdirir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunantoplanışa gənclərdən ibarət milli də qatılıb.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar daməsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.

"Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcəklər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.


16106 oxunub

InvestAZ