XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



“Neftçi” əməkdaşları qocalar evini ziyarət ediblər
İdman 17:39 / 19.03.2025

"Neftçi”nin əməkdaşları və veteran futbolçuları qocalar evində olublar.

Klubdan verilən məlumata görə, Bakı təmsilçisinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan – İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.

Bayram ab-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.

Bildirilib ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən "Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.


12408 oxunub

InvestAZ