XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



"Məncə, azarkeşlər Makqreqoru unutmalıdırlar"
İdman 13:22 / 18.03.2025

Yüngül çəkidə keçmiş UFC çempionu Çarlz Oliveyra məşhur irlandiyalı Konor Makqreqor barədə açıqlama verib. Braziliyalı onun heç vaxt səkkizbucaqlıya qayıtmayacağını iddia edib: "Düzünü desəm, insanların niyə hələ də Konor Makqreqor haqqında düşünür, bunu bilmirəm. O, hər şeyə nail olub, öz həyatını istədiyi kimi yaşayır. Biz onun qayıtmasını gözlədik. Maykl Çandler isə təxminən iki il gözlədi. Məncə, azarkeşlər Makqreqoru unutmalıdırlar - o, daha döyüşməyəcək".

Qeyd edək ki, Konor Makqreqorun 36 yaşı var. İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264 turnirində Amerika təmsilçisi Dastin Puaryeyə ilk raundda texniki nokautla (ayaq zədəsi) uduzub. Həmin vaxtdan etibarən o oktaqona qayıtmayıb. Ümumilikdə onun peşəkar rekordu 22 qələbə və 6 məğlubiyyətlə əhatələnib.


16400 oxunub

InvestAZ