XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Azərbaycan və Latviya arasında basketbolun sistemli inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb
İdman 10:03 / 13.03.2025

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və vitse-prezidenti Fərrux Mahmudov ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.

R.Veyonis ABF-ninuşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib. Bundan əlavə, 3x3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.

Qeyd edək ki, görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.


4794 oxunub

InvestAZ