XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək
İdman 16:23 / 11.03.2025

"Ölkəmiz iyun ayında kəndirlə mübarizə idman növü üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək”.

Bu sözləri Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri, Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının İdarə Heyətinin üzvü Elnur Şıxəliyev deyib.
O, bununla bağlı bir sıra görüşlərinin keçirildiyini qeyd edib.

"Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson bir həftə əvvəl Bakıya səfər ediblər. Səfər çərçivəsində bu idman növünün inkişafı üçün bir sıra görüşlər keçirilib. Martın 9-da Abşeron Olimpiya İdman Kompleksində atletlər, hakimlər və məşqçilər üçün beynəlxalq seminar təşkil olundu. Uzun müddət İsveç komandasının üzvü olan dünya, Avropa çempionu Anders Anderson seminar çərçivəsində öz təcrübəsini idmançılarımızla bölüşdü. Həmçinin İdarə Heyətinin qərarı ilə beynəlxalq səviyyəli "Turan Kuboku” yarışının keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bununla bağlı Gənclər və İdman Nazirliyində də görüş keçirəcəyik. Yarışda türkdilli ölkələrlə yanaşı, digər ölkələrin iştirak edəcəyi gözlənilir”, - deyə Elnur Şıxəliyev bildirib.


6089 oxunub

InvestAZ