XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Üç boksçumuz beynəlxalq turnirin yarımfinalına yüksəlib
İdman 15:53 / 19.02.2025

Rumıniyada Breila şəhərində keçirilən boks üzrə gənclər arasında "Drakula Open” turniri davam edir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamızın 3 boksçusu yarımfinal mərhələsinə yüksəlib. Yığmanın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, "Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.


17149 oxunub

InvestAZ