XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025



"Zaqreb Open": Pəhləvanlarımızdan uğurlu başlanğıc
İdman 00:55 / 06.02.2025

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri "Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

"Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.


11099 oxunub

InvestAZ