XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Azərbaycan Bakuriani-2025-də bir idmançı ilə təmsil olunacaq
İdman 10:05 / 03.02.2025

Fevralın 9-dan 16-dək Gürcüstanın Bakuriani şəhərində XVII Avropa Gənclər Qış Olimpiya Festivalı keçiriləcək. 42 ölkədən 1000-ə yaxın idmançının iştirak edəcəyi Bakuriani-2025-də Azərbaycan idmançısı da mübarizə aparacaq.

Festivalda ölkəmizi fiqurlu konkisürmə idman növü üzrə Leyli Axundova təmsil edəcək.

Bu gün festivalda iştirak edəcək ilk nümayəndə heyətləri Gürcüstana səfər edəcək. İki gün sonra isə buzüstü hokkey üzrə ilk yarışın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakuriani-2025 çərçivəsində Tbilisi, Batumi və Bakurianidə qış idmanının səkkiz növü üzrə yarışlar keçiriləcək.




14155 oxunub

InvestAZ