XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Cüdoçularımız Belçikadan uğurla qayıdırlar
İdman 15:05 / 27.01.2025

Yanvarın 25-26-da Belçikanın Vise şəhərində açıq cüdo turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, yığma komandamız yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Yığmamıza qızıl medalları Murad Muradlı (-60 kq) və Elşən Əsədov (-66 kq) qazandırıb. Qadir Hüseynov (-73 kq), İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (-73 kq) və Məhərrəm İmamverdiyev (-81 kq) isə bürünc medala sahib çıxıb.

24 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı beynəlxalq turnirdə millimiz ümumi komanda hesabında ikinci yeri tutub.

Həftəsonu Belçikanın Herstal şəhərində keçirilən qadınlar arasında Beynəlxalq Belçika Açıq Cüdo turnirində isə cüdoçumuz Şəfəq Həmidova (-48 kq) gümüş medal layiq görülüb.
10302 oxunub

InvestAZ