XƏBƏR LENTİ
21 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



"Qara qartallar" üçün yeni baş məşqçi
İdman 13:04 / 17.01.2025
Türkiyənin "Beşiktaş" klubu İngiltərənin "Mançester Yunayted" komandasının keçmiş baş məşqçisi Ole Qunnar Sulşerlə danışıqlar aparır. Artıq tərəflər ilkin razılığa gəliblər. Razılıq təsdiq olunduğu təqdirdə norveçli mütəxəssis 2026-cı ilə qədər baş məşqçi postunda yer alacaq.
Bu barədə məlumatı insayder Fabrizio Romano öz sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, "Qara qartallar" Türkiyə Super liqasında altıncı pillədə qərarlaşıb.

18253 oxunub

InvestAZ