XƏBƏR LENTİ
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Paytaxtımız Çempionlar Liqasının daha bir oyununa ev sahibliyi edəcək
İdman 10:36 / 15.01.2025

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib - 1:0. Yanvarın 14-də isə "Hapoel Holon"un qələbəsi qeydə alınıb - 65:62.


15510 oxunub

InvestAZ