XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



İkiqat Olimpiya mükafatçımız yeniyetmə güləşçilərə “ustad dərsi” keçdi
İdman 20:01 / 07.01.2025

İkiqat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Azərbaycanda yeni yaradılan "Azsport” güləş klubunda "ustad dərsi" keçib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024-dən sonra karyerasını başa vuran Hacı Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib.

Azərbaycan Güləş Federasiyasının regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2022-ci ildə əsası qoyulmuş "Azsport" idman klubu ötən ildən AGF-nin maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.

Biləcəri qəsəbəsində yerləşən "Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.


7282 oxunub

InvestAZ