XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Bakıda ciu-citsu üzrə beynəlxalq seminar keçirilib
İdman 10:33 / 11.12.2024

Bakıda Azərbaycan Braziliya Cui-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilib.

Azərbaycan Ciu-Citsu Federasiyasındanverilən məlumata görə, seminar İctimai Birliyin dəvəti ilə Bakıda səfərdə olan braziliyalı ustad, 6-cı dan qara kəmər sahibi professor Eduardo Sardellanın başçılığı ilə reallaşıb.

Azərbaycanda Braziliya Ciu-Citsu döyüş sənətinin banisi, 2-ci dan qara kəmər ustası Taleh Həsənov Eduardo Sardellanın ölkəmizə səfərindən məmnunluğunu bildirib. İctimai Birliyin prezidenti Aqil Acalov bunun Sardellanın ölkəmizə ikinci səfəri olduğunu və dəfələrlə bu kimi məşhur ustadları Azərbaycana gətirdiklərini qeyd edib. Onun sözlərinə görə, bu tədbirləri keçirməkdə məqsəd idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsini qaldırmaq və ölkəmizdə döyüş sənətini daha da inkişaf etdirməkdir.

İctimai Birliyin sədri Fuad Kərimov Braziliya ciu-citsu idman növünün ölkəmizdə inkişafı naminə planlardan danışıb və idmançılara uğurlar arzu edib. İctimai Birliyin rəsmisi Anar Səfərov bu günə qədər görülən işlərin və keçirilən tədbirlərin müsbət nəticələrindən söz açıb. Braziliya Ciu-Citsu Departamentinin rəhbəri Azər Beydullayev isə fəaliyyətlərinin məqsəd və perspektivlərindən danışıb.

E.Sardella idmançılara seminar öncəsi uğurlar arzulayıb. Daha sonra idmançılar imtahan verərək attestasiyadan keçib və kəmər dərəcələri alıblar.

Qeyd edək ki, seminar zamanı Taleh Həsənov 3-cü dan qara kəmərə, Aqil Acalov da Sardella tərəfindən attestasiyadan keçərək yüksək dərəcəyə - qəhvəyi kəmərə layiq görülüb.



17496 oxunub

InvestAZ