XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
İdman 18:32 / 09.10.2024

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilənməlumata görə, məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək.

Mükafatlar uğrunda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq.

Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.

Qeyd edək ki, oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.


17820 oxunub

InvestAZ