XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Akrobatlarımız dünya yaş qrupları yarışlarında iştirak edəcəklər
İdman 09:58 / 11.09.2024

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Potuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya yaş qrupları yarışlarında iştirak edəcəklər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

12-18 yaş kateqoriyasında Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, ⁠Diana Məmmədova, Safiya Babayeva və ⁠Firuzə Qasımzadə mübarizə aparacaqlar.

13-19 yaş kateqoriyasında isə Ayan Hacılı, Aylin Məmmədova, Jasmin Əliyeva, Nəzrin Zeyniyeva, Anahita Bəşiri və Zəhra Rəşidova bacarığını göstərəcək.

İdmançılara məşqçilər Aynur Yusufova və Leyla Əliyeva rəhbərlik edəcək. Durdanə Əhmədova isə hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, turnir sentyabrın 12-15-i aralığında baş tutacaq.


13749 oxunub

InvestAZ