XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



“Mən bu qızdan üzr istəyirəm”
İdman 10:48 / 10.08.2024

Qarışıq döyüş növləri üzrə çıxış edən nigeriyalı döyüşçü İsrail Adesanya Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında boks yarışlarının qalibi əlcəzairli İman Xəlifdən ona "kişi” dediyi üçün üzr istəyib.

"İndi qadınlar qadın döyüşlərindən danışsınlar. Görünür, bu dezinformasiya ilə üzləşəndə ​​bir çoxları kimi mən də yanılmışam. Xəbəri oxudum və ağlıma belə bir fikir gəldi: "Niyə kişilərə qadınlarla döyüşməyə icazə verirlər?” Yalnız sonradan məlum oldu ki, o, həqiqətən də qadındır. Günah məndədir, anlaşılmazlıq olub. Mən bu qızdan üzr istəyirəm. Baş verənlərin mahiyyətini başa düşmədim”, - deyə Adesanya "The Rock” YouTube kanalına müsahibəsində deyib.

Qeyd edək ki, Paris-2024 çərçivəsində qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karin İman Xəlifin transgender olduğunu bildirərək döyüşməkdən imtina etmişdi.

İ.Xəlif Paris-2024-də boks yarışlarının finalında çinli rəqibi 32 yaşlı Liu Yanqa qalib gələrək Olimpiya çempionu adını qazanıb.



18596 oxunub

InvestAZ