XƏBƏR LENTİ
01 İyun 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025



Taekvondoçumuz Paris-2024-ə türkiyəli idmançı ilə birgə hazıraşır
İdman 16:47 / 30.07.2024

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov "Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 58 kq çəki dərəcəsində mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığını davam etdirir.

Hazırlıq prosesində Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen də iştirak edir. 

Klublararası Avropa çempionatı, "Trelleborg Open”, "Palastine Open” "Dutch Open” və "Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın Paris-2024-ə daha uğurlu çıxışına hesablanıb. "Spanish Open” və "Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.

Qeyd edək ki, Qaşım Maqomedov Parisə avqustun 2-də yollanacaq.


9570 oxunub

InvestAZ