XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



AVRO-2024: Bu gün daha iki komanda 1/8 finala vəsiqə əldə edə bilər
İdman 10:03 / 20.06.2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları təşkil olunacaq.

Günün ilk oyunu Münhen şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunda C qrupunun iştirakçıları olan Sloveniya və Serbiya milliləri üz-üzə gələcək.

Bu qrupun digər oyunu Frankfurtda Danimarka və İngiltərə komandaları arasında olacaq. Qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.

Günün son oyununda B qrupunda yer alan İspaniya və İtaliya klubları qarşılaşacaq. Helzenkirhen şəhərində təşkil olunacaq oyun saat 23:00-da başlayacaq.


13120 oxunub

InvestAZ