XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Azərbaycan qadın və kişi basketbol millilərimiz təsnifat mərhələsinin qalibi olub
İdman 10:30 / 10.06.2024
Azərbaycanın qadınlardan və kişilərdən ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadınlardan ibarət komandamız Malta (17:14) və Lüksemburq (21:8) yığmalarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə yenidən Malta komandası ilə qarşılaşan basketbolçularımız rəqiblərini (15:10) hesabı ilə üstələyərək finala yüksəlib. Komandamız həlledici görüşdə Kipri 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.
Kişilərdən ibarət millimiz isə Ermənistan (21:9), Kosovo (14:10), Kipr (21:16) və Albaniya (21:13) komandalarını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə İrlandiya seçməsindən 21:12 hesabı ilə üstün olan millimiz finala yüksəlib. Yığmamız həlledici qarşılaşmada Kipr seçməsi ilə üz-üzə gəlib.
Rəqibini 20:18 hesabı ilə üstələyən milli komandamız Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.


660 oxunub

InvestAZ