XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib
İdman 20:34 / 30.05.2024

Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.

Qeyd edək ki, bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.


21478 oxunub

InvestAZ