XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Budapeştdə bürünc medal
İdman 11:05 / 27.05.2024

Mayın 22-dən 26-dək Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışın ilk günündə fəxri kürsüdə yer alıb. Belə ki, milli komandamızın üzvləri - Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal sahibi olub. Fəxri kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa gənc gimnastlarımızın dördü də mübarizəni davam etdirərək finalda iştirak hüququ qazanıb. Millimizin gənc üzvləri fəxri kürsüdə yer ala bilməsələr də, əsas etibarilə sıralamanın ön pillələrində qərarlaşıblar. Final mərhələsindəki çıxışlarında İlahə Bahadirova (top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla 8-ci sırada yer tutub.
Bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri komandamız yarış ərzində güclülərin sırasında yerini qoruyub. Millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb. Həmçinin Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız çıxış etdikləri hər iki proqram üzrə finala vəsiqə qazanmağı bacarıblar. Onlar 3 lent və 2 top proqramı üzrə performanslarının nəticəsinə əsasən 4-cü (33,350), halqalarla çıxışdan sonra 6-cı sırada (36,600) yer tutaraq çempionata yekun vurublar.
Budapeştdə keçirilən Avropa çempionatında iştirak edən millimizin üzvləri arasında böyük fərdi gimnastlarımız - Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova da yer alıb. Onların içində ən yaxşı nəticəni topla çıxışında Zöhrə Ağamirova 32,400 xallıq performans göstərərək əldə edib. Gimnastımız 12-ci sırada qərarlaşıb.


1741 oxunub

InvestAZ