XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Milli Olimpiya Komitəsində ABŞ-ın qadın güləş mütəxəssislərinin iştirakı ilə mətbuat konfransı keçirilib
İdman 18:09 / 23.05.2024
Mayın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında ABŞ-nın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin və səfirliyin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan ABŞ-ın qadın güləşi üzrə mütəxəssislərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mərasimdə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci, Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, amerikalı güləş mütəxəssisləri Tela Baçer, Kristi Man, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və KİV nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev qonaqları salamlayaraq ABŞ-ın dövlət departamenti tərəfindən təşkil olunan səfərin ölkəmizdə güləşin inkişafı və təcrübə mübadiləsi üçün əhəmiyyətli olduğunu bildirib. O, idman vasitəsi ilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyindən danışıb.
Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev federasiyanın ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəsilə bir çox layihələrdə iştirak etdiyini qeyd edib. O, keçən ilin noyabr ayında 8 nəfərlik nümayəndə heyətinin ABŞ-a təcrübə mübadiləsi ilə bağlı səfər etdiyini bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci çıxış edərək, Azərbaycanda bu proqramın həyata keçirilməsinin qadın güləşinin inkişafına töhfə verəcəyini bildirib. O, son iki ildə həm amerikalı, həm də azərbaycanlı idman mütəxəssislərinin iştirakı ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Güləş idman növünün insanları bir araya gətirən vasitələrdən biri olduğunu deyən Vanessa Zenci həmçinin ABŞ səfirliyi üçün idman diplomatiyasının dinamik, mədəni əlaqələrimizin möhkəmləndirilməsi baxımından da bir fürsət olduğunu deyib.
Amerikalı güləş mütəxəssisi Tela Baçer idman mübadilə proqraramı çərçivəsində Bakıda olmaqdan məmnunluq duyduğunu bildirib. Layihənin həyata keçirilməsinə görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirən T.Baçer nümayəndə heyətinin 14 nəfərdən ibarət olduğunu vurğulayıb. ABŞ-ın 4 ştatından ölkəmizə gələn məşqçilərin, güləşçilərin Azərbaycanda da öz proqramlarını həyata keçirdiyini deyən Tela Baçer əsas məqsədlərinin qadın güləşinin səviyyəsini yüksəltməkdən ibarət olduğunu deyib.
Nümayəndə heyətinin digər üzvü amerikalı mütəxəsssi Kristi Man bu proqram çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda olduğu bu müddət ərzində Qobustandakı qaya təsvirlərinə baxdıqlarını, Şəkidəki Kiş məbədində və Lənkəranda olduqlarını qeyd edən K.Man bu səfərin onlar üçün müsbət xatirə ilə yadda qalacağını bildirib. Müxtəlif güləş zallarını ziyarət etdiklərini qeyd edən mütəxəssis bir sıra məşqçilərlə tanış olduqlarını, Azərbaycanda qadın güləşinin də inkişaf etdiyini diqqətə çatdırıb.
Konfrasda daha sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis mayın 14-dən ölkəmizdə səfərdədir.
Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar "Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olub, idmançılara ustad dərsləri keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparıblar.
Nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallı və Lənkəranda yerləşən Olimpiya idman komplekslərində də keçirilən tədbirdə iştirak ediblər. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdir.

2091 oxunub

InvestAZ