XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Əfsanəvi pilotun saatları hərracda satıldı
İdman 19:21 / 19.05.2024

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin kolleksiyasından bəziləri, xüsusi olaraq onun üçün hazırlanmış saatlar hərracda satılıb. Ümumilikdə hərraca 8 saat çıxarılıb və onların ümumi dəyəri 3,75 milyon avro qiymətləndirilib. Gəlir gözləniləndən az olub və 3 milyon 443 min 755 avro təşkil edib.

Ən bahalı saat isə 1 milyon 244 min 446 avroya satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.


2904 oxunub

InvestAZ