XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
İdman 17:06 / 12.04.2024

Sabah Polşanın Poznan şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 41 ölkədən 420 cüdoçu qüvvəsini sınayacaq. Turnirdə Azərbaycanın gənc cüdoçulardan ibarət yığma komandası da mübarizə aparacaq. Komandamız yarışda 3 çəki dərəcəsində 7 idmançı ilə təmsil olunacaq.

Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışa aprelin 14-də yekun vurulacaq. 


14188 oxunub

InvestAZ