XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Avropa Liqası: “Qarabağ” - “Bayer” oyunu fransalı hakimə həvalə olundu
İdman 10:27 / 05.03.2024

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Bakıda keçiriləcək "Qarabağ” (Azərbaycan) - "Bayer” (Almaniya) oyununun hakim təyinatı açıqlanıb. Martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq oyunu fransalı hakimlər briqadası idarə edəcək. Matçda ədaləti Benua Bastyen qoruyacaq. Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaq, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, oyunun start fiti saat 21:45-də veriləcək. Bu komandalar arasında cavab oyunu isə martın 14-də Almaniyada keçiriləcək.


13108 oxunub

InvestAZ