XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Ağırlıqqaldıranlar Azərbaycan birinciliyində yarışacaqlar
İdman 21:09 / 21.02.2024
Fevralın 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edəcək.
Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağırlıqqaldıranların aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.


13163 oxunub

InvestAZ