XƏBƏR LENTİ
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026



Azərbaycanda növbədənkənar prezident seçkilərində idman ictimaiyyətinin nümayəndələri də səsvermədə fəal iştirak ediblər
İdman 01:46 / 08.02.2024
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. 
Bu dəfəki seçkilə ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olub. 
Seçkilərdə idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, MOK -un əməkdaşları da yekdilliklə fəal iştirak ediblər. Ölkədən kənarda olan idmançılarımız və məşqçilərimiz də seçki prosesində iştirak edərək vətəndaşlıq borcunu yerinə yetiriblər.
Belə ki, Parisdə beynəlxalq təlim məşq toplanışında olan Azərbaycanın cüdo üzrə kişilərdən və qadınlardan ibarət milli komandalarının üzvləri, məşqçi və tibb heyəti Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində keçirilən növbədənkənar prezident seçkilərdə iştirak ediblər.
Türkiyə açıq çempionatında mübarizə aparmaq üçün Antalyada olan taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusu və komanda nümayəndələri də növbədənkənar prezident seçkilərində səsvermə hüquqlarından istifadə ediblər. 
Onlar Türkiyədəki Azərbaycan Mədəniyyət və Dəstək Dərnəyində səs veriblər.
Həmçinin Qazaxıstanda təlim-məşq toplanışında olan stolüstü tennisçilərimiz də seçkilərdə fəal şəkildə iştirak ediblər. Komandamızın üzvləri Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsvermə prosesində iştirak edərək vətəndaşlıq borcunu yerinə yetiriblər.

23982 oxunub

InvestAZ