XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



«Şəxsi həyatıma müdaxilə yolverilməzdir»
İdman 12:27 / 06.12.2023

«Womens Formula»nın icraçı direktoru və «Mercedes»in rəhbəri Toto Volfun həyat yoldaşı Suzi Wolff ona və ərinə qarşı məxfi məlumatların sızdırılması ilə bağlı iddiaları rədd edib. O, yaranmış vəziyyətdən məyus olduğunu bildirib. "Mən çox incidim. Amma təəssüf ki, bu ərəfələrdə ictimai hücumlardan təəccüblənmədim. Mənim dürüstlüyümün bu şəkildə şübhə altına alınması ürəkaçan deyil. Şəxsi həyatıma müdaxilə yolverilməzdir. Mən avtoidman karyeram boyu bir çox maneələrlə üzləşmişəm və onları dəf etmişəm. Haqqımda yayılan əsassız ittihamların Formula 1 Akademiyasına olan bağlılığıma və həvəsimə kölgə salmasına imkan verməyəcəyəm. Mən bu ittihamları ən sərt şəkildə rədd edirəm - deyə Wolff özünəməxsus sosial şəbəkə hesabında yazıb.



7600 oxunub

InvestAZ