XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



“IronWind” açıq ölkə turniri keçirilib
İdman 11:51 / 05.06.2023

İyunun 4-də Bakının Pirallahı rayonundakı Nərəkənd parkında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "IronWind” açıq ölkə turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin "Triterra” klubunun təşkilatçılığı və "Baku City Circuit”in dəstəyi ilə keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkələri təmsil edən 83 idmançı qüvvəsini sınayıb. İdmançılar yarışda 1,9 km məsafəyə üzüb, 90 km məsafəyə velosiped sürüb və 21,1 km məsafəyə qaçıblar. Yarışa həm fərdi, həm də qrup şəklində qoşulan iştirakçılar olub.

Azərbaycan Triatlon Federasiyası uşaq idmanına diqqəti artırmaq məqsədilə Nərəkənd parkında aşağı yaş qrupu idmançılarının da kiçik qaçış yarışını təşkil edib.

Mükafatlandırma mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti, Triterra klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov, ATF-nin baş katibi Seymur Hüseynov və ATF-nın vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Birinci yeri tutan idmançılara 2000 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr təqdim olunub. İkinci və üçüncü yerlərin sahibləri isə, müvafiq olaraq, 1000 AZN və 500 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr qazanıblar.



15341 oxunub

InvestAZ