XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



UEFA Türkiyə klublarını cəzalandırdı
İdman 22:17 / 30.03.2023

UEFA Türkiyənin "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb. Buna həmin komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub. İstanbul təmsilçisinin evdə İspaniya "Sevilya"sına 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, növbəti avrokubok görüşündə "Ülker" stadionunda 5 min oturacaq boş qalacaq.

"Trabzonspor" tərəfdarlarının İsveçrədə "Bazel"ə qarşı keçirilmiş pley-off mərhələsinin cavab matçında (0:2) priotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimələnib.

UEFA ən ağır cəzanı isə "Sivasspor"a verib. Komandanın "Fiorentina"ya 1:4 hesabı ilə uduzduğu Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçuya hücum çəkib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.


17727 oxunub

InvestAZ