XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025



Millimiz AVRO-2024-ün seçmə mərhələdə ən çox qol buraxan ikinci komandadır
İdman 10:22 / 28.03.2023

AVRO-2024-ün seçmə mərhələsinin II turunun növbəti oyunlarından sonra statistik göstəricilər müəyyənləşib. Hər iki matçda məğlub olan Azərbaycan millisi hələlik təsnifatda ən çox qol buraxan ikinci komandadır. Canni De Byazinin baş məşqçisi olduğu yığmamız iki görüşdə qapısında 9 qol görüb. Millimiz bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.

Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan seçmələri isə 4 qol buraxıblar.

Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 seyvlə Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda iki dəfə qurtarış edib. Y.İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.

Milli üzvü Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.


19683 oxunub

InvestAZ