XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026



Gimnastlarımız Portuqaliyada iki turnirdə iştirak ediblər
İdman 09:17 / 28.03.2023

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə 11-ci açıq beynəlxalq turnir və dünya kuboku yarışları keçirilib. Beynəlxalq turnirdə ölkəmizi yeniyetmələr arasında fərdi növdə Aylin Quliyeva və Məryəm Topçubaşova, gənclər arasında üçlük proqramında Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova, gənclər arasında fərdi proqramda isə Dilarə Qurbanova və Sara Əlixanlı təmsil ediblər.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni fərdi növdə Məryəm Topçubaşova göstərib. İdmançımız altıncı pillədə qərarlaşıb. Gənclər arasında üçlük proqramında təmsilçilərimiz yeddinci olub.

Beynəlxalq turnirin ardınca keçirilən dünya kuboku yarışlarında isə ölkəmizi XI Ümumdünya Oyunlarının bürünc, V İslam Həmrəyliyi Oyunlarının qızıl və gümüş mükafatçıları Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük və fərdi proqramda təmsil ediblər.

Komandamızın təcrübəli üzvlərindən fərdi proqramda çıxış edən Vladimir Dolmatov altıncı olub. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə qarışıq cütlük proqramında səkkizinci yerdə qərarlaşıb.


22598 oxunub

InvestAZ