XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Şəhid övladları Qafqazın ən böyük e-sports arenasında olublar
İdman 11:47 / 26.03.2023

Gənclər və İdman Nazirliyi, Azərbaycan Elektron İdman Növləri Federasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şəhid övladları Qafqazın ən böyük e-sports arenasında qonaq olublar.

Azərbaycan Elektron İdman Növləri Federasiyasındanverilən məlumata görə, uşaqlara elektron idman növlərinin dünyada və ölkəmizdə inkişafı, eləcə də mötəbər yarışlara hazırlıq barədə məlumat verilib. Sonra şəhid övladları seçimlərinə uyğun olaraq elektron idman oyunlarında özlərini geymer kimi sınayıblar.

Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.


15584 oxunub

InvestAZ